BaşlıcaSiyasət

“Azatutyun” radio stansiyası:  “Ermənistan ilk dəfə olaraq AB Sülh Fondundan yardım alacaq”

Brüsseldə Avropa Birliyinin Sülh Fondundan Ermənistana yardım göstərilməsinə dair ilkin razılıq əldə olunub.

Verilən məlumata görə, “Azatutyun”un ixtiyarında Avropa Birliyinin Yerevana 10 milyon avro ayırmağı planlaşdırdığını sübut edən diplomatik sənədlər var ki, bu da 30 ay ərzində xərclənməlidir.

Sənədə əsasən, pul bir batalyon üçün modul tipli səhra düşərgəsinin yaradılmasına sərf olunacaq ki, bu düşərgədə bir tibb məntəqəsi, habelə müvafiq xidmətlər və imkanlar daxildir.

Sənəddə deyilir: “Bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinə onların dayanıqlığını və sabitlik yaratmaq imkanlarını artırmaq və bununla da böhranlar və fövqəladə hallar zamanı mülki insanları daha yaxşı qorumaqda kömək etməkdir”.

Bu AB Fondu 2021-ci ildə yaradılıb. Məqsəd sülhü təşviq etmək, münaqişələrin qarşısını almaq və dünyada beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün qeyri-əhvedici  silah və ya vasitələrin əldə edilməsi üçün vəsaiti təmin etməkdir.

Daha çox göstər
Back to top button