BaşlıcaMədəniyyətSiyasət

Ermənistan Azərbaycan tərəfindən DQ-ın abidələrinə qarşı vandalizmin hallarını sənədləşdirir və müxtəlif beynalxalq platformalarda təqdim edir

Ermənistanın Təhsil, elm, mədəniyyət və idman nazirliyi və Xarici işlər nazirliyi Azərbaycan tərəfindən Dağlıq Qarabağda abidələrin vandalizmi haqqında faktları beynəlxalq tərəfdaşlara təqdim etmək üçün bütün mümkün kanal və platformalardan istifadə edir.

Bu barədə ER Təhsil, elm, mədəniyyət və idman nazirliyinin Tarix və mədəniyyət abidələrinin mühafizəsi departamentinin rəhbəri Harutyun Vanyan məlumat verib.

“Onların ictimailəşdirilməsi, bütün bunlara beynəlxalq diqqəti cəlb etmək üçün addımlar atılır. “Tarixi-mədəni irs elmi-tədqiqat mərkəzi” Qeyri-kommersiya təşkilatında daimi müşahidə və monitorinq fəaliyyəti həyata keçirilir. Vandalizm hallarının qeydə alınması və diqqət mərkəzində saxlanılması üçün bütün beynəlxalq platformalardan istifadə edilir” – deyə o, bildirib.

“Tarixi-mədəni irs elmi-tədqiqat mərkəzi” Qeyri-kommersiya təşkilatının direktoru Xaçik Harutyunyan qeyd edib ki, Dağlıq Qarabağ abidələri ilə bağlı monitorinq qrupları fəaliyyət göstərir, Azərbaycan tərəfindən həyata keçirilən bütün pozuntular, görünən və görünməyən vandalizm halları intensiv şəkildə sənədləşdirilir və qeydə alınır, onlar haqqında məlumat müvafiq strukturlara verilir, protokollar tərtib edilir ki, onların əsasında bəzi prosesləri təşkil etmək mümkündür.

“Bu mərhələdə daimi monitorinq gündəlik dəyişiklikləri qeyd etmək üçün, xüsusən də abidələrin zədələnməsi nöqteyi-nəzərində vacibdir ” – deyə Harutyunyan vurğulayıb.

Daha çox göstər
Back to top button