BaşlıcaSiyasət

Fransa Milli Assambleyasının deputatı:  “Paris Azərbaycanın təcavüzünə qarşı Ermənistanı tənha  qoymamaq qərarına gəldi, niyə ABŞ da eynisini edə bilmir?”

Fransa Milli Assambleyasının üzvü Astrid Panosyan-Buve bəyan edib ki,Fransa Ermənistanı Azərbaycanın ardıcıllıqla  davam edən təcavüzünə qarşı tənha buraxmamaq  qərarına gəlib və soruşur ki,  bəs ABŞ  eynisini nədən edə bilmir?

Fransa parlamentinin üzvü ABŞ Konqresində “Erməni Soyqırımı” qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə əsas məruzəçi olub.

Millət vəkili çıxışı zamanı Fransa ilə Ermənistan arasında artan siyasi, hərbi, iqtisadi və mədəniyyət  əlaqələrdən danışıb.

“Fransa Azərbaycanın soyqırım təcavüzünə qarşı Ermənistanı tək qoymamaq qərarına gəlib. “Mənim Parisdə olan amerikalı diplomatlara və amerikalı qanunverici yoldaşlarıma bir sualım var: ABŞ niyə eyni şeyi edə bilmir?”- deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button