Başlıcaİctimaiyyət

Moskvalını bıçaqlayan Azərbaycan vətəndaşının evindən 44 milyon rubl və 300 min ABŞ dolları tapılıb

Moskvanın cənub-şərqində Azərbaycan vətəndaşı tərəfindən gəncin öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi çərçivəsində paytaxtın İstintaq Komitəsinin müstəntiqləri tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Bu gün şübhəlinin mənzilində aparılan axtarış zamanı külli miqdarda, 44 milyon rubl və 300 min ABŞ dollarından çox pul aşkar edilərək götürülüb.

İstintaq onların mülkiyyətçiliyini təsdiqləyəcək, həmçinin alınması və dövriyyəsinin qanuniliyini qiymətləndirəcək.

İstintaqın məlumatına görə, çərşənbə günü 21 yaşlı Azərbaycan vətəndaşı avtomobilini Moskvanın Krasnodarskaya küçəsində park edib. Bu, 24 yaşlı yerli sakinin narazılığına səbəb olub və o, sürücünü danlayıb. Nəticədə 21 yaşlı moskvalıya hücum edib, onu döyüb, sonra isə bıçaqla qarnına zərbə endirib. Kişi aldığı xəsarətlərdən xəstəxanada ölüb, cinayətkar qaçıb.

Daha çox göstər
Back to top button