BaşlıcaSiyasət

Nikol Paşinyan ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bris Rokefonu qəbul edib

Baş nazir Nikol Paşinyan Fransanın Avropa və XI nazirliyinin Kontinental Avropa  üzrə departamentinin rəhbəri, ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bris Rokefonu qəbul edib. Bu haqda Baş nazirin  iş heyəti məlumatlandırıb.

Qeyd olunur ki, Ermənistan-Fransa əməkdaşlığının ardıcıl inkişafı ilə bağlı gündəlikdəki məsələlər müzakirə olunub. Söhbətdə xüsusilə iqtisadiyyat, infrastrukturun inkişafı, humanitar sahələrdə birgə proqramların həyata keçirilməsi istiqamətində atılan addımlara toxunulub.

Həmsöhbətlər regional əhəmiyyətli məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, ER  hökumətinin Dağlıq Qarabağdan məcburi köçkünlərin humanitar problemlərinin həlli istiqamətində atdığı addımlara toxunulub. ER hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan-Avropa Birliyi əməkdaşlığı ilə bağlı məsələlər həmçinin müzakirə olunub.

Daha çox göstər
Back to top button