
Baş nazirin müavini Mher Grigoryan ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvini qəbul edib. Bu barədə Hökümətin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Ermənistan-Amerika ikitərəfli gündəlikdəki məsələlər müzakirə edilib, eləcə də Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinə toxunulub.







