BaşlıcaSiyasət

Ruben Vardanyana iki həftədən artıq müddətdə ilk dəfə ailəsi ilə əlaqə saxlamağa icazə verildi

İki həftədən çox təcrid olunduqdan sonra, heç bir əlaqə hüququ olmadan Ruben Vardanyana ilk dəfə ailəsi ilə əlaqə saxlamağa icazə verildi.

 Bu, Ruben Vardanyanın beynəlxalq ictimaiyyətə təcili müraciətindən və aclıq aksiyasına başladığını elan etməsindən sonra baş verib. Bu barədə Ruben Vardanyanın ailəsinin bəyanatında deyilir.

Telefon danışığında Ruben Vardanyan bildirib ki, bu müddət ərzində o, tam təcrid vəziyyətində olub və hətta mütaliə etmək imkanı olmayıb.

Bildiyimiz qədər, onlar yalnız təzyiqi ölçüblər, başqa heç nə etməyiblər ki, bu da bizi səhhətinin pisləşməsindən daha da narahat edir.

Ruben Vardanyan sonda deyib: “Mən indi həmişəkindən daha cox əminəm ki, dəyərlər və prinsiplər hətta həyatdan belə daha vacibdir”.

Biz Azərbaycandan Beynəlxalq Qızıl Xaç Komitəsinin dərhal ona baş çəkməsinə icazə verməsini tələb edirik ki, onun səhhəti ilə bağlı müstəqil sübutlarımız olsun və aclıq aksiyası ərzində ona lazımi tibbi yardım göstərilməsini təmin edək.

Bundan əlavə, biz Rubenin Azərbaycandakı erməni məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsi tələbini bir daha təsdiq edirik.

Beynəlxalq ictimaiyyətə, mediaya və bu günlərdə Ruben haqqında yazan və danışan hər kəsə təşəkkür edirik. Məhz bu səylər sayəsində onun ailəsi ilə ilk telefon əlaqəsi iki həftədən çox müddət sonra mümkün olub.

Daha çox göstər
Back to top button