BaşlıcaErməni Soyqırımıİctimaiyyət

Erməni Soyqırımı muzey-institutu Aprelin 24-də bütün ziyarətçilər üçün açıq olacaq

Erməni Soyqırımı muzey-institutu Aprelin 24-də saat 10:00-dan 20:00-dək işləyəcək, qapılar bütün ziyarətçilər üçün açıq olacaq. “Armenpress”in mətbuat zalında keçirilən mətbuat konfransında Erməni Soyqırımı muzey-institutunun direktoru Edita Qzoyan qeyd edib ki, həmin gün nümayəndə heyətlərinin də səfərləri gözlənilir. Hazırda Fransa nümayəndə heyətlərinin səfəri təsdiqlənib.

“Aprelin 24-də muzey fövqəladə rejimdə fəaliyyət göstərəcək. Muzeyə giriş pulsuzdur, nümayəndə heyəti ilə gəlib-gəlməməsindən asılı olmayaraq hər kəs ziyarət edə bilər. Bütün günü ziyarətçiləri qəbul edəcəyik” – deyə Edita Qzoyan bildirib.

Aprelin 24-ü ərəfəsində, Aprelin 23-də Erməni Soyqırımı muzey-institutunda “Erməni qadını soyqırımın qurbanı və qəhraman”başlığı ilə müvəqqəti sərginin açılışı olacaq. Sərginin məqsədi Erməni Soyqırımı illərində erməni qadınının taleyini işıqlandırmaq, amma eyni zamanda onun qeyri-adi cəsarətini və dözümlülüyünü təqdim etməkdir.

“Biz bu sərgi vasitəsilə Erməni Soyqırımı ərzində erməni qadınlarının taleyini, onların rolunu və missiyasını əks etdirmək istəyirik. Erməni qadınının Soyqırımdan əvvəlki obrazı və onun hüquqları ilə bağlı məsələlər ayrı-ayrı başlıqlar altında təqdim olunub. Sərgidə erməni qadınlarının fərdi hekayələri təqdim olunur”-deyə Edita Qzoyan məlumat verib.

Sərgidə erməni qadınının həyatı və həyat tərzi ilə bağlı çoxlu şəxsi əşyalar, orijinal eksklüziv fotoşəkillər, sənədlər, xatirələr, sənədli film və s. təqdim olunur.

Sərgi 2025-ci il Aprelə qədər davam edəcək.

Daha çox göstər
Back to top button