BaşlıcaSiyasət

İmanqali Tasmaqambetov:  “Ermənistanın KTMT-nin növbəti sammitində iştirak edib-etməyəcəyi suveren və müstəqil ölkənin qərarıdır”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetovun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın 2024-cü ildə keçiriləcək KTMT sammitində iştirakı və ya iştirak etməməsi suveren və müstəqil ölkənin qərarıdır.

Bu barədə TASS, qurumun baş katibinin sözlərinə əsasən məlumatlandırıb.

“2024-cü ildə KTMT-nin sammitində Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı və ya iştirak etməməsi suveren və müstəqil ölkənin öz  qərarıdır. Bundan əlavə, sammitə qədər bu aylarda çox şey dəyişə bilər, inşallah yaxşılığa doğru” – deyə baş katib bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan daha öncə bəyan edib ki, Ermənistan KTMT-nin fəaliyyətlərində iştirakını dayandırıb. Nikol Paşinyan 2023-cü ilin noyabrında Minskdə keçirilən KTMT sammitində iştirak etməyib.

Daha çox göstər
Back to top button