BaşlıcaErməni Soyqırımı

ABŞ senator:  “Ermənilərə qarşı törədilmiş ilk soyqırımı cəzasız qaldığından təcavüzkarlar öz qeyri-insani əməllərini təkrarlayırlar”

Bir əsr əvvəl etnik ermənilərə qarşı törədilən ilk soyqırımı böyük ölçüdə cəzasız qaldığından, cinayətkarlar bu gün öz qanunsuz və qeyri-insani əməllərini təkrarlayırlar. Alınan məlumata görə, bu haqda senator Entoni J. Portantino bəyan edib.

“Mən Kaliforniyanın 20-ci əsrin ilk soyqırımını tanımağa davam edəcəyinə dair öhdəliyimizi bir daha təsdiqləmək üçün Senatdakı həmkarlarımla Erməni Soyqırımının 109-cu ildönümünü qeyd etməkdə iştirak etməkdən şərəf duyuram.

Artsax erməniləri müharibə, qeyri-qanuni blokadalar və etnik təmizləmə daxil olmaqla ağlasığmaz dəhşətlərə tab gətirdiyi üçün soyqırımı etiraf etmək həmişəkindən daha vacibdir. Və minilliklər ərzində ilk dəfə olaraq Artsax öz doğma erməni xalqı olmadan qalmaqdadır”-deyə o, qeyd edib.

Entoni J. Portantino vurğulayıb ki, bir əsr əvvəl etnik ermənilərə qarşı törədilmiş ilk soyqırımı cəzasız qaldığından, cinayətkarlar bu gün öz qanunsuz və qeyri-insani əməllərini təkrarlayırlar.

“Türkiyə və Azərbaycan ermənilərə və Ermənistana qarşı təcavüzlərini davam etdirir, onun sərhədlərinə hücum edir və mütəmadi olaraq soyqırım ritorikasını səsləndirirlər.

 Şübhə yoxdur ki, ABŞ hökuməti məcburi köçkün düşmüş çoxsaylı ermənilərə yardım göstərməli və dinc əhaliyə qarşı bu cür zorakılıq törədənləri məsuliyyətə cəlb etmək üçün daha çox işlər görməlidir.

 Bizim təkcə bütün soyqırımları, insan haqları pozuntularını pisləmək deyil, həm də ədalət tələb etməyə davam etməkçün mənəvi borcumuz var, çünki ədalət olmadan sülh olmayacaq.

Kaliforniya ABŞ-da ən çox erməni əhalisinə sahibdir. Mən bu canlı icmanı təmsil etməkdən və cəmiyyətimizi daha da yaxşılaşdıran və ədaləti müdafiə etməyə davam edən hər kəslə həmrəy olmaqdan şərəf duyuram”- deyə senator Entoni J. Portantino bəyan edib.

Daha çox göstər
Back to top button