BaşlıcaErməni SoyqırımıSiyasət

“Avrora”nın həmtəsisçisi Nubar Afeyan ikinci Erməni Soyqırımının qarşısını almağa çaığırıb

“Avrora” humanitar təşəbbüsünün həmtəsisçisi Nubar Afeyan Erməni Soyqırımının 109-cü ildönümündə ikinci Erməni soyqırımının qarşısını almq üçün ümumdünya çağırışla çıxış edib. Nubar Afeyanın addımlar atmağa ümumdünya çağırışı The New York Times, The Washington Post və The London Times, eləcə də sosial şəbəkələrdə dərc olunub.

Addımlar atmaq çağırışı 109 il əvvəl baş vermiş və bu gün də təkrarlanan vəhşiliklər arasında oxşarlıqları vurğulayır.

“Biz keçmişə yas tutsaq da, tarix təkrarlanır. Ermənilər yenidən etnik təmizləmənin hədəfinə çevrilir, siyasi liderlər qeyri-qanuni olaraq girov saxlanılır, Ermənistan isə öz suverenliyinə və öz müqəddəratını təyin etməsinə qarşı ekzistensial təhlükələrlə üz-üzədir.

Məşğul dünya başqa tərəfə baxır. Beləliklə, Azərbaycanın keçən Sentyabrdan etibarən ermənilərin Dağlıq Qarabağ kimi tanınan anklavı olan Artsaxın bütün əhalisi olan 120.000 ermənini öz ata-baba yurdlarından məcburi köçürməsi ümumiyyətlə başa düşülmür”.

O, həmçinin Azərbaycan hökumətini regionda sülhü bərqərar etməyə və qanunsuz olaraq əsir götürdüyü məhbuslara qarşı ədalətli olmağa çağırır.

“Azərbaycan həmçinin erməniləri, o cümlədən dostum və həmkarım, qısa müddət ərzində Artsax Dövlət naziri vəzifəsini tutan iş adamı və xeyriyyəçi Ruben Vardanyanı qanunsuz olaraq girov saxlamağa davam edir. Eyni zamanda, Ermənistanla sərhəddə gərginləşən vəziyyət Azərbaycanın mümkün işğal qorxusunu daha da artırır.

Azərbaycan bu gün Ermənistanla münaqişə üçün əsas tapmamalıdır. Ötənilki işğaldan sonra Ermənistan Dağlıq Qarabağda özünüidarəetmə səylərindən imtina edib. İndi Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədini işğal etməklə Azərbaycanı Naxicevana və Türkiyəyə dəhliz açacağı zaman sülhün bərqərar olacağı iddiası həm qanunsuz, həm də ədalətsizdir”.

Nubar Afeyan ermənilərə qarşı həyata keçirilən ədalətsizliklər və ikinci soyqırım qorxusu ilə bağlı maarifləndirməyə yönəlmiş öz səylərini şərh edərkən qeyd edib ki, “Bu gün 1,5 milyon erməninin öz yurd-yuvasından didərgin salınmasının və Osmanlı türkləri tərəfindən öldürülməsinin 109-cu ildönümüdür, və hazırda bu, təkrarlanır. Bu gün biz keçmiş qırğınların ağrısını yas tutmaqdan daha çox iş görməliyik. Gələcək qırğınların qarşısını almaq üçün addımlar atmağın vaxtıdır”.

Daha çox göstər
Back to top button