BaşlıcaSiyasət

Biz birtərəfli güzəştə getmirik: Andranik Koçaryan

“Biz birtərəfli güzəştlərə getmirik, dövlət sərhədinin olması prosesini həyata keçiririk və o həddə çatmışıq ki, qarşı tərəf Alma-Ata Bəyannaməsini qəbul edib. Ona görə inzibati sərhədlər dövlət sərhədinə çevrilir”.

Bunu ER Milli Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komitəsinin sədri Andranik Koçoryan İctimai Televiziyaya müsahibəsində Tavuşda sərhədin delimitasiyası prosesinin başlanmasını şərh edərkən deyib.

“Bu proses Ermənistanın hər hansı millimetr torpaqdan imtina etməsinə aid deyil, söhbət delimitasiya və demarkasiyadan gedir, aşağıdakı prinsip tətbiq olunur: bizimki bizə, onlarınki onlaradır”, – deyə Koçaryan bildirib.

“Güzəştlər mərhələsi hələ gəlib çatmayıb. Güman edirəm ki, siz onların suveren ərazilərimizdə silahlı mövcudluğunu nəzərdə tutursunuz, lakin biz buna hələ nail ola bilməmişik.

Fəaliyyətin başlanğıcını və gedişatını müəyyən etmək üçün komissiyalar yaradılıb, – deyə Koçaryan bildirib.

Daha çox göstər
Back to top button