BaşlıcaErməni SoyqırımıSiyasət

DQ-da etnik təmizləmələr pantürkist ideologiyanın nə qədər dağıdıcı ola biləcəyini xatırladıblar: İsveçli deputatın çağırışı

İsveç Parlamentində İsveç-Ermənistan dostluq qrupu Erməni Soyqırımının 109-cu ildönümü münasibətilə Stokholmda Ermənistanın səfiri və digər qonqaların iştirakı ilə anım mərasimi təşkil edəcək.

Bu barədə İsveç Parlamentinin üzvü Erik Helsborn Erməni Soyqırımının ildönümü ilə bağlı “Armenpress”ə verdiyi açıqlamasında bildirib.

“Burada İsveç Parlamentində İsveç-Ermənistan dostluq qrupu Ermənistanın İsveçdəki səfiri və digər qonaqlarla mərasim təşkil edəcək. “Təəssüf ki, cari ildə Xatirə Günü ötən bir neçə ildə olduğundan daha aktual görünür” – deyə deputat qeyd edib.

Erməni Soyqırımı ilə keçən ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağda həyata keçirilmiş etnik təmizləməni  müqayisə edən Erik Helsborn vurğulayıb ki, “ Artsaxda ötən ildə həyata keçirilmiş etnik təmizləmələr pantürkist ideologiyanın nə qədər dağıdıcı ola biləcəyini xatırladıblar”.

İsveçli deputat söz verib ki, regionda baş vermiş və baş verməyə davam edənləri işıqlandırmaq üçün ona verilən platformadan istifadə etməyə davam edəcək.

“Mən daha parlaq gələcək naminə Avropa xalqları ilə Ermənistan xalqı arasında əlaqələr və daha sıx münasibətlər qurmağa davam edəcəyəm”- deyə Helsborn yekunlaşdırıb.

Daha çox göstər
Back to top button