BaşlıcaErməni Soyqırımı

“Geghard” Fondu:  “Türkiyə Azərbaycana örnək olmaqla Erməni Soyqırımını inkar siyasətini davam etdirir”

Cinayətdən bir əsr keçsə də, Türkiyə Erməni Soyqırımını inkar etmək siyasətini davam etdirir, eyni zamanda erməni xalqına qarşı soyqırım aktları həyata keçirməkdə Azərbaycana nümunədir.

Alınan məlumata görə, bu barədə Erməni Soyqırımının ildönümü ilə bağlı “Geqard” Elmi-Analitik Fondu məlumatlandırıb.

“Aprelin 24-də bütün ermənilər bir əsr əvvəl Osmanlı İmperiyasında baş vermiş Erməni Soyqırımı qurbanlarının xatirəsini yad edirlər.

1914-1918-ci illər Gənc Türkiyə hökuməti 1894-1896-cı illərin davamı və kulminasiya nöqtəsi olan erməni xalqının sistemli şəkildə Həmid qırğınlarından və 1909-cu ildə Adana qırğınından sonra məhv edilməsini həyata keçirdi.

 Pantürkizm ideologiyasını rəhbər tutaraq 1914-cü ildə Birinci Dünya Müharibəsinin yaratdığı fürsətdən istifadə edərək, Gənc Türkiyə hökuməti sondan erməni xalqının soyqırımına başladı.

Türkiyə dövləti tərəfindən diqqətlə planlaşdırılan və həyata keçirilən bu soyqırımı nəticəsində 1,5 milyondan çox erməni məhv edilib, minlərlə erməni sürgünə çevrilərək dünyaya yayılaraq min illik vətənlərindən məhrum edilibdir.

Bu cinayətdən bir əsr sonra Türkiyə erməni xalqına qarşı soyqırım aktları həyata keçirməkdə Azərbaycana nümunə olmaqla yanaşı, Erməni Soyqırımını inkar etmək siyasətini davam etdirir.

Osmanlı və cümhuriyyət Türkiyənin bu anti-erməni siyasətini Azərbaycan dövləti də qəbul etdi. 1918-20-ci illərdə Azərbaycan Bakıda, Nuxada, Areşdə, Şuşidə, 1988-90-cı illərdə Sumqayıtda, Kirovabadda, Bakıda, Marağada ermənilərə qarşı qırğınlar həyata keçirib.

Türkiyədə olduğu kimi Azərbaycanda da erməniləri qətlə yetirənlərə təriflər, dövlət mükafatları paylandı. Hələ 1992-ci ildə Marağa qırğınlarını həyata keçirən komandirlərdən Şahin Tağıyevə Milli qəhrəman adının verilməsi bunun bariz nümunələrindən biri olmaqla yanaşı, həm də 2004-cü il Ramil Səfərov, 2016-cı il aprel döyüşləri və 2020-ci il “Azərbaycanlılar üçün” Artsax müharibəsi və sonrakı Azərbaycan təcavüzü illərində hərbi cinayətkarlar presedentidir”- deyərək  bəyanatda qeyd olunur..

Ermənilərin məhv edilməsi və deportasiyası ilə Türkiyədə də erməni mədəni izinin məhv edildiyi vurğulanır. Azərbaycan da eyni siyasəti yürüdürdü. Bakı Dağlıq Qarabağda erməni izini silmək məqsədi ilə erməni tarixi-mədəni dəyərlərinin təhqir edilməsini və sistemli şəkildə məhv edilməsini davam etdirir.

“2023-cü ildə Artsax ermənilərinin deportasiyası Azərbaycan tərəfindən həyata keçirilib. 21-ci əsrdə ermənilər yenidən qırğınlara və məcburi köçkünlərə məruz qalıblar. Üstəlik, azərbaycanlılar Stepanakerti işğal edərək küçələrindən birinə gənc türk olan Ənvərin adını veriblər kim ki,Erməni Soyqırımını təşkil edib həyata keçirib” – deyə  bəyanatda vurğulanır.

“Geqard” Fondunun bəyanatında o da vurğulanır ki, Erməni Soyqırımı bir çox dövlətlər, təşkilatlar, əyalət və özünüidarə orqanları və şuraları tərəfindən beynəlxalq səviyyədə tanınsa və pislənsə də, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməməsi təkcə Ermənistanda deyil, həm Dağlıq Qarabağda, həm də dünyada insanlığa qarşı davam edən vəhşiliklər və soyqırımlar üçün presedent yaradıb .

“Beynəlxalq ictimaiyyətin və diplomatik dairələrin erməni xalqına qarşı növbəti təcavüzün və cinayətin qarşısının alınması üçün aydın mexanizmlər tətbiq etmələri və qətiyyətli addımlar atması, bununla da dünyada qan tökülməsinin və cinayətlərin qarşısının alınması üçün presedentin yaradılması mütləqdir” – deyərək bəyanat yekunlaşdırılır.

Daha çox göstər
Back to top button