BaşlıcaSiyasət

“KP”: “Ermənistan dəhliz məntiqi ilə rabitənin bloklanmasına razı ola bilməz”

Ermənistan dəhliz məntiqi ilə kommunikasiyaların bloklanmasını davam etdirə bilməz. Bu barədə aprelin 23-də Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “KP” partiyasının deputatı Sarqis Xandanyan jurnalistlərlə söhbətində bildirib.

O əlavə edib ki, Ermənistan öz ərazisindən keçən yolların təhlükəsizliyini özü təmin etməyə qadirdir.

Xandanyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın rus sülhməramlılarının Qoris və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinin bağlanması üçün çalışdıqları barədə bəyanatını təkrarlayıb.

“Mən düşünmürəm ki, Artsaxda tamam başqa missiya ilə olmuş və uğursuzluğa düçar olmuş Rusiya sülhməramlıları Ermənistan ərazisində qalma,yaxud  qala bilərlər. Bu absurddur, belə bir şey ola bilməz” – deyə deputat vurğulayıb.

Daha çox göstər
Back to top button