BaşlıcaSiyasət

ABŞ Dövlət Departamenti öz hesabatında azərbaycanlıların erməni hərbçilərinə qarşı qeyri-insani rəftarına toxunub

ABŞ Dövlət Departamenti ” 2023 Country Reports on Human Rights Practices: Armenia” illik hesabatında 2022-ci ilin sentyabrında azərbaycanlıların erməni hərbçilərinə qarşı qeyri-insani rəftarından bəhs edib.

“İPHR-nin (İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq) 2022-ci ilin sentyabrında baş vermiş döyüşlərə dair sentyabr hesabatında təşkilat hərbçilərin meyitlərinin video görüntüləri və fotoşəkillərinə əsaslanaraq, Ermənistan hərbçilərinin Azərbaycan əsgərləri tərəfindən qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və işgəncələrə məruz qalması barədə “nəticə çıxarmaq üçün ağlabatan əsasların” olduğunu bildirib. İşgəncəyə məruz qalan erməni hərbi qulluqçularının cəsədlərini əks etdirən video və fotoşəkillərinə istinad edərək  İPHR bu cür işgəncələrin “cinsi və gender xüsusiyyətlərini” vurğulamış və belə nəticəyə gəlmişdir ki, “erməni hərbi qulluqçularının Azərbaycan silahlı qüvvələrinin nəzarətində olduqları müddətdə (qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara) və işgəncələrə məruz qaldığına inanmaq üçün ağlabatan əsaslar vardır”, -ABŞ Dövlət Departamentinin hesabatında deyilir

Məlumata görə, IPHR-in sentyabr hesabatında videogörüntülərə istinad edərək, 2022-ci ilin sentyabrında gedən döyüşlər zamanı “Azərbaycan silahlı qüvvələrinin erməni hərbçilərin məhkəməsiz edam etməsi” barədə “inanmaq üçün ağlabatan əsasların olduğu iddia edilir”.

Dövlət Departamentinin hesabatında həmçinin vurğulanır ki, Ermənistan və Azərbaycan arasında “çoxillik münaqişə” zamanı ayrı-ayrı döyüş əməliyyatları davam etdirilib, nəticədə mülki şəxslər həlak olub.

“Bir il ərzində Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisindəki infrastruktur obyektlərinə, o cümlədən Ararat rayonunun Yerasx kəndindəki metallurgiya zavodunun tikinti sahəsinə hücum edib, iki mülki işçi ağır yaralanıb”, – sənəddə deyilir.

Eyni zamanda vurğulanır ki, 2020 və 2016-cı illərdə hərbi əməliyyatlar zamanı vəhşilik törətməkdə qarşılıqlı ittihamlardan ibarət Ermənistan və Azərbaycan tərəfindən AİHM-ə təqdim olunan şikayətlər, həmçinin “2022-ci ilin sentyabrında beynəlxalq sərhəddə və Ermənistan daxilində ciddi hərbi əməliyyatlardan sonra” Ermənistanın ittihamları məhkəmənin qərarını gözləyir.

Daha çox göstər
Back to top button