BaşlıcaSiyasət

Beynəlxalq təzyiqin olmaması Əliyevə regional sabitliyə təhlükə yaratmağa icazə verir: Ümumerməni birliyi

Azərbaycan prezidentinin eyham vurduğu “ciddi addımlar” Ermənistanın ərazi bötüvlüyü və suverenliyinə qarşı birbaşa təhdiddən başqa heç bir şey deyil. Bu barədə Qardman-Şirvan-Naxicevan ümumerməni birliyi İlham Əliyevin bu günlərdə səsləndirilmiş bəyanatına toxunaraq bəyanat yayıb.

“Aprelin 23-də İlham Əliyev Azərbaycanın diplomatik akademiyasında “COP29 və Azərbaycana Yaşıl Baxış” konfransı çərçivəsində çıxışı zamanı bildirib ki, Fransa, Hindistan və Yunanıstan Ermənistanı açıq şəkildə silahlanırlar. İlham Əliyev Ermənistandan təhlükə gözlədiyi təqdirdə “ciddi addımlar” atacaqları ilə hədələyib.

Azərbaycan prezidentinin eyham vurduğu “ciddi addımlar” Ermənistanın ərazi bütövlüyü və suverenliyinə birbaşa təhdiddən başqa bir şey deyil. Belə təəssürat yaranır ki, İlham Əliyev Ermənistanı silahlanma ilə “təhdid etməkdə” ittiham edərkən unudur ki, son üç ildə Azərbaycanın dövlət müdafiəsi və təhlükəsizliyinə ayrılan büdcə sadəcə olaraq iki dəfə artıb, silah və silah alışının həcmi isə artmaqda davam edir.

Lakin Azərbaycan təkcə silahlanma yarışında çempionluq ardınca getmir, həm də döyüşkən bəyanatları ilə  öz aqressiv ekspansionist planlarının həyata keçirilməsi üçün müvafiq mühiti yaratmağa çalışır. Azərbaycan öz cinayətlərinə qarşı davamlı olaraq öz narazılığını və etirazını bildirən ölkələri günahlandırır və  erməni mülki əhalinin etnik təmizləməsi və məcburi köçkünlüyünü həyata keçirmək üçün Azərbaycana silah verən dövlətlər qınanılmırmı?

Ermənistan dəfələrlə bəyan edib ki, Ermənistanın müdafiə qabiliyyətinin artırılması zəruri və həyati əhəmiyyət kəsb edir və bu zərurət Azərbaycan təhdidlərinin və davamlı olaraq artan təhlükələrin nəticəsi deyilmi? İlham Əliyev özü və öz rejiminə xas olan manipulyasiya üsulları ilə Ermənistana qarşı təzyiq və təhdidlər bahasına öz mahiyyətinə və məzmununa görə tamamilə bəşəriyyətə və beynəlxalq hüquq aliliyinə qarşı cinayət kimi səciyyələndirilə bilən məqsədləri həyata keçirməyə növbəti dəfə əl atır.  

Halbuki, Dağlıq Qarabağ ermənilərinin etnik təmizləməsi, 150 mindən çox qaçqının dərhal, təminatlı və təhlükəsiz qayıtmaq hüququnun reallaşması və bununla bağlı beynəlxalq təzyiqlər Azərbaycanı təqib etməli idi. Bu, İlham Əliyevə hərbi cinayətkar kimi regional sabitliyə təhlükə yaratmağa imkan verən ən böyük diqqətsizlikdir” – deyə Ümumerməni birliyinin bəyanatında bildirilir.

Daha çox göstər
Back to top button