BaşlıcaSiyasətVideo

İşğal olunmuş Artsaxda erməni izini məhv etmək məqsədilə Azərbaycan hakimiyyətinin udinlərin istifadə etməsi – Video

Azərbaycan hakimiyyəti Azərbaycanın Artsaxa qarşı 44 günlük müharibədən sonra Artsax Respublikasının müvəqqəti işğal olunmuş ərazilərində öz əsas məqsədini erməni xristian izinin məhv edilməsini həyata keçirməyə başlayıb.

İş burasındadır ki, Türkiyə, Pakistan və Yaxın Şərqdən cəlb edilmiş islamçı radikalların köməyi ilə Artsax ermənilərinə qalib gəlmək bir məsələdir, ancaq Artsax ermənilərinin qədim xristian irsini məğlub etmək daha çətindir və burada heç bir “bayraktar” kömək etməyəcək.

Artsax ermənilərinin qədim xristian irsini aradan qaldırmaq üçün onları qeyri-erməni təqdim etmək lazımdır. Lakin onları azərbaycanlı elən etmək mümkün deyil, çünki məlum olduğu kimi azərbaycanlılar öz dövlətini yalnız 1918-ci ildə yaradıblar. Buna görə də qədim Qafqaz alban xalqlarından biri olan udinlərlə hekayə uydurulub. Nə yaxşı ki, Azərbaycanda Qəbələ rayonunun Nic kəndində bir ovuc udin qalıb. Artsax ərazisində udinlər heç vaxt kompakt yaşamamışlar. Artsax tarixdə heç vaxt udinlər və ya digər Qafqaz alban xalqlarının yaşayış yeri olmayıb.

Udinlər ermənilərə yaxın olan və Qafqaz Albaniyası ilə həqiqətən qohum olan xalqdır. Məhz buna görə də qədim Artsaxın erməni kilsələri, monastırları, xaçkarları Azərbaycan tərəfindən udinlərin simasında Qafqaz Albaniyasına aid edilməsi haqqında “əfsanə” uydurulmuşdur.

Bununla belə, Qafqaz Albaniyasının eramızdan əvvəl 1-ci əsrdən  sonra 7-ci əsrə qədər mövcud olduğunu bilmək vacibdir və nə üçün?

Əgər Qafqaz Albaniyası artıq 7-ci əsrdə bir dövlət kimi mövcud deyildisə, onda 12-13-cü əsrlərdə Artsax erməniləri tərəfindən Xaçen hökmdarı, knyaz Vaxtanqın arvadı şahzadə xanım Arzu tərəfindən həyat yoldaşı və oğullarının şərəfinə tikilmiş  Dadivank monastırı (1214-cü il)  necə alban kilsəsi ola bilər? Yaxud, məsələn, 13-cü əsr Qandzasar kilsəsi necə alban, yəni udinlərə məxsus ola bilər?

Artsaxın Hadrut rayonunun Vank kəndində yerləşən 14-cü əsrə aid Spitak Xaç kilsəsi necə udinlərə məxsus ola bilər? Hadrut rayonunda Artsax ermənilərindən başqa, nə müsəlman Qafqaz tatarları, nə udinlər, nə də başqa heç kim yaşamamışdır.

Güman etmək olar ki, bütöv bu “ixtiraçı əfsanə” Azərbaycanın “beyin mərkəzləri”ndə yaradılıb, icraçı isə Azərbaycan dövlət təhlükəsizlik xidməti olub. Keçmiş KQB agenti milliyətcə udin Rafik Danikyan (indiki Dankari) və onun komandası Azərbaycan dövlət təhlükəsizliyi xidmətinin baş əməliyyat şəxsi seçilib.

İlk baxışdan elə görünə bilər ki, Azərbaycanın dövlət təhlükəsizliyi xidməti hansısa bədbəxt, terrora məruz qalmış udinləri seçib və onları öz planlarını həyata keçirməyə məcbur edib. Axı onlar respublikanın yaxın rayonlarının bütün ermənilərinin necə evlərindən qovulduğunu, necə döyüldüyünü, talan edildiyini, öldürüldüyünü görüblər. Udinlərin bu bədbəxt qalıqları öz evlərini və canlarını xilas etmək üçün birtəhər uyğunlaşmalı və Azərbaycan hakimiyyəti ilə razılaşmalı olublar.

Rafik Dankari Azərbaycan dövlət iqtisadi universitetinin məzunudur və hələ tələbə ikən Azərbaycan DTX tərəfindən cəlb olunaraq, 2018-ci ildə Türkiyədə və 2019-cu ildə Ukraynada peşəkar təlim almışdır.

Belə  hazırlıqdan sonra Rafik müəllim öz aktiv fəaliyyətinə başlayıb. Onun əsas rolu mövcud olmayan “alban-udin xristian pravoslav kilsəsi”nin təbliğat fəaliyyəti ilə Artsaxın erməni kilsələrini yuxarıda qeyd olunmuş udin kilsələrinin orijinal abidələri kimi elan etməkdən ibarətdir.

12-13-cü əslərdə tikilmiş Dadivank monastrı hazırda müvəqqəti işğal olunmuş Karvaçar rayonunun ərazisində yerləşir. Azərbaycan hakimiyyəti vaxtaşırı Rafik Dankarini öz ətrafı ilə birlikdə Dadivanka gətirir və orada “udin-alban ritualı” ilə nümayiş mərasimi keçirir.

Qeyd etmək lazımdır ki, Artsaxın bu və ya digər kilsələrində bu  satanist “udin keşişləri”nin təlxək xidmətindən sonra istər-istəməz oraya azərbaycanlı əsgərlər gəlir və bütün xristian Xaçları, Xaçkarları, daş plitələrdəki ermənicə yazıları, kilsə qablarını və s.-ni sındırıb məhv etməyə başlayırlar.

Çox təəssüf ki, qədim udin xalqının bir neçə korrupsioner nümayəndəsi həm udin xalqını, həm də qədim Qafqaz Albaniyasının şanlı tarixini rüsvay edir. Onlar Azərbaycan hakimiyyətinə Artsax ermənilərinin qədim mədəniyyətini dünya üzündən silməkdə kömək edirlər.

Daha çox göstər
Back to top button