BaşlıcaSiyasət

Rəsmi Yerevandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı açıqlama

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında Qazaxıstanın təklifi ilə keçiriləcək görüşün tarixi razılaşdırılır.

Bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

O deyib ki, ER Cənubi Qafqazda sülhə istiqamətlənən vasitəçilik cəhdləri və danışıqlar üçün istənilən platformanı dəstəkləyir.

“Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşünün tarixi barədə razılığa gələn kimi məlumat verəcəyik”, – XİN sözçüsü qeyd edib.

Daha çox göstər
Back to top button