BaşlıcaEkonomikaSiyasət

Hazırda gündəmimizdə belə bir məsələ yoxdur: Tunyan Azərbaycandan qaz almaq ehtimalından danışıb

“Ermənistan Azərbaycandan da qaz ala bilər. Ermənistan üçün enerji resurslarını haradan almağın heç bir fərqi yoxdur”.

Bunu Ermənistan parlamentində “Mülki Müqavilə” fraksiyasının deputatı Babken Tunyan deyib.

O vurğulayıb ki, hazırda heç bir razılaşma və anlaşma yoxdur.

“Ermənistan üçün enerji resurslarını haradan almağın heç bir fərqi yoxdur, indi biz Rusiya qazını mümkün qədər şaxələndirməyə çalışmalıyıq iqtisadiyyatımızın tələbatını tam ödəyir”.

O əlavə edib ki, əgər Ermənistanın başqa mənbələrdən, daha ucuz və sərfəli qiymətə qaz alması lazım və məqsədəuyğundursa, o zaman bu imkanı müzakirə etməliyik.

“Hazırda Rusiyadan qaz alırıq, amma bu qaz kəmərləri kəsildiyi zaman, müəyyən məqamda biz həmin həcmdə qazı Azərbaycandan aldıq. Avropa ölkələri Azərbaycan qazını alır. Bu texniki sualdır. Hazırda İranla yeni qaz kəmərinin çəkilməsi variantı müzakirə olunmur, hazırda buna ehtiyac yoxdur”, – deyə o

“Qaz satan ölkə varsa və qaza ehtiyacı olan ölkə varsa, bunun üçün heç bir maneə yoxdursa, hər bir məsələ müzakirə edilə bilər”, – deyə o əlavə edib.

Deputat əmin edib ki, Ermənistanın gündəmində Azərbaycandan qaz almaq məsələsi yoxdur və belə bir məsələdə razılığa gəlmək üçün ilk növbədə bizim tənzimlənmiş münasibətlərimiz, müəyyən təmaslarımız, əməli əlaqələrimiz olmalıdır, sonra ehtiyac olarsa, belə bir məsələni müzakirə edə bilərik.

Daha çox göstər
Back to top button