
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Ermənistanın 2024-cü ildə Avropa Birliyinə üzv olmasını istədiyini bildirib.
Baş nazir bu barədə Kopenhagen Demokratiya Sammiti çərçivəsində keçirilən “Cəbhədən: Ermənistan demokratiyasının müdafiəsi” mövzusunda müzakirə zamanı məlumat verib.
Müzakirənin moderatoru Baş nazirdən Ermənistanın Avropa Birliyinə hansı ildə qoşulmasını arzulayacağını soruşub.
“ Hansı ildə, elə bu ildə” – deyə Baş nazir Paşinyan bəyan edib.







