BaşlıcaSiyasət

Türkiyənin nəqliyyat naziri qondarma “Zəngəzur dəhlizi”ilə bağlı işlərə toxunub

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu qondarma “Zəngəzur dəhlizi”nə toxunub.

O, bunun Orta dəhlizin ən vacib strateji komponentlərindən biri olduğunu qeyd edərək, Türkiyə tərəfində 224 kilometrlik Kars-İğdır-Aralıq-Dilucu hissəsinin tenderinin TRT Haber-in yazdığına görə, başa çatdığını deyib.

  Azərbaycan tərəfində işlərin başa çatmağa yaxın olduğunu qeyd edən Uraloğlu deyib:

“Naxicevan tərəfində qalan çatışmazlıqlar tamamlanacaq. Biz Ermənistanın ərazisindən keçən Zəngəzur keçidinin tikinti proseslərini izləyirik.

Bu xətt istifadəyə verildikdə, biz türk dünyası və Mərkəzi Asiya ilə daha qısa yolla birləşəcəyik”.

Əlavə edək ki, avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərdə “Zəngəzur dəhlizi” ifadəsi istifadə edilməyib, tərəflər arasında belə bir razılıq yoxdur.

Onlarda “Trump yolu”ndan (TRIPP) bəhs edilir, lakin Bakının təbliğat maşını və bəzi türklər də imzalanmış sənədlərin məzmununu təhrif edərək “dəhliz” ifadəsini işlətməyə davam edir. “Dəhliz” ifadəsini türk rəsmilərindən daha çox məhz Uraloğlu işlədir.

Mənbə factor.am.

Daha çox göstər
Back to top button