
Ukraynanın Prezidenti Volodimir Zelenski Avropaya azadlığı Rusiya tərəfindən maneəyə məruz qalan ölkələrə, o cümlədən Ermənistana daha çox dəstək göstərməyə çağırış edib.
Alınan məlumata görə, Volodimir Zelenski bu barədə Ukraynanın xarici kəşfiyyat xidmətinin rəhbəri Oleq İvaşçenko ilə görüşünün yekunlarına dair “Facebook” səhifəsində yazıb.
“Biz hesab edirik ki, Avropa Rusiyanın dişləri ilə yapışdığı və azadlığa buraxmamağa çalışdığı hər bir xalqa əhəmiyyətli dərəcədə daha çox dəstək olmalıdır.
Bu, xüsusilə Ermənistanda keçiriləcək seçkilər ərəfəsində aktualdır. Bu, sadəcə bu və ya digər siyasi seçim məsələsi deyil. Söhbət xalqın öz gələcəyini seçmək fundamental hüququndan gedir.
Avropanın təhlükəsizliyi dəstəkləmək üçün həmişə işləyən və işləməyə davam edəcək fundamental qaydaları qorumaq üçün lazımi imkanları var” – deyə onun yazısında qeyd olunub.







