BaşlıcaBeynəlxalq

MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası Ermənistanda keçiriləcək parlament seçkilərini izləyəcək

MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçi qrupu Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinin müşahidəsində iştirak edəcək.

Mətbunun MDB PA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, missiya ParlaMENTİN sədri Alen Simonyanın dəvəti əsasında formalaşdırılıb.

Müşahidə qrupunun koordinatoru Qazaxıstan Respublikası Parlamenti Senatının sədr müavini Jakıp Asanov təyin edilib. Seçkilərin müşahidəsində Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan parlamentlərinin deputatları və senatorları, həmçinin MDB Parlamentlərarası Assambleyasının rəsmiləri və MDB PA-nın Demokratiyanın İnkişafı Monitorinqi Beynəlxalq İnstitutunun ekspertləri iştirak edəcək.

 Müşahidəçilərin iş proqramında Ermənistanın Mərkəzi Seçki Komissiyasınınp Parlamentin  , İnzibati Məhkəmənin rəhbərliyi, həmçinin seçkilərdə iştirak edən siyasi qüvvələrin nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

 İyunun 7-də MDB PA-nın beynəlxalq müşahidəçiləri Yerevan və Ermənistanın bölgələrindəki seçki məntəqələrində seçkilərin müşahidəsini həyata keçirəcəklər.

Daha çox göstər
Back to top button