BaşlıcaSiyasət

Onlar axtarışdadır: “İki nəfər dövlətə xəyanətə görə cinayət məsuliyyətinə cəlb edilib”

Ermənistan Respublikasının İstintaq Komitəsi tərəfindən Dövlətə, Konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizlik əleyhinə cinayətlərin araşdırılması üzrə baş İdarədə casusluq işləri üzrə aparılan cinayət işi üzrə aparılan sübutetmə tədbirlərinin nəticələrinə əsasən və dövlətə xəyanət faktı araşdırılarkən müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşları V.M. (Vahan Martirosyan qrupu) və S.J (Susan Caginyan qrupu) casusluq və düşmənçilik fəaliyyəti həyata keçirmək məqsədilə xarici kəşfiyyat xidmətlərinin nümayəndəsinə başqa cür köməklik göstərməklə Ermənistan Respublikasının suverenliyinə və xarici təhlükəsizliyinə xələl gətirərək dövlətə xəyanət etmişlər.

İstintaq Komitəsindən jurnalistə bildirilib ki, xüsusilə V. M. 2015-ci ildə 4 sentyabrda ailəsi ilə birlikdə Ermənistan Respublikasının dövlət sərhədini keçib, daha sonra düşmənçilik fəaliyyəti həyata keçirmək məqsədi ilə Azərbaycan tərəfinə Bakıya gedib və orada Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb.

Və onlar tərəfindən işə götürülərək, əməkdaşlıq müqaviləsi imzalamışlar.

 Ondan sonra sonuncunun göstərişi ilə KİV-də anti-erməni çıxışları etmiş, ER hakimiyyətinə böhtanlar atmış və Azərbaycan hakimiyyətini tərifləmişlər ki, bundan da media istifadə etmişdir.

Bundan sonra V.M. Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən işə götürülərək, onlara fərqli yardımlar göstərmək vasitəsiylə  xüsusi xidmət orqanlarının tapşırığı  və nəzarəti altında, saxta sosial şəbəkələr vasitəsilə “Sülh platforması” saxta adı ilə ideoloji təşkilat yaradıb ki,  ora  ER  vətəndaşı SC-nı  qoşub.

S.C.N.- nın fəaliyyətini dəqiq bilən V.M. 2017-ci ildə Azərbaycan tərəfinə keçib, yəni Bakıya gedib, hərbi sektorun nümayəndələri ilə görüşüb və onlar tərəfindən işə götürülərək əməkdaşlıq müqaviləsi imzalayıb, bundan sonra həm Karvaçar hərbi hissəsinə, həm də Ermənistan Respublikasına aid dövlət sirlərini özündə əks etdirən məlumatları sonuncuya verərək pul müqabilində Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarının nümayəndələrinə başqa köməklik göstərmək məqsədi ilə verib.

 Sonuncunun tələbiylə ilə müsahibə verib, o zaman  Azərbaycan Respublikasını tərifləyib və kütləvi informasiya vasitələrinin istifadə etdiyi anti-erməni çıxışları etmişdir.

Əldə edilmiş faktlar əsasında müstəntiq V.M.-nın  və SC-a qarşı ER  İstintaq  Məcəlləsinin  418-ci maddəsinin 1-ci bəndiylə cinayət təqibinin başlanması barədə nəzarəti həyata keçirən prokurora vəsatətlər verilib və təmin edilib.

V.M.və SC barəsində profilaktik tədbir kimi  həbs qətimkan tədbiri seçilib. Sonuncunun barəsində axtarış elan edilib.

Daha çox göstər
Back to top button