BaşlıcaSiyasət

ER Parlamentinin deputatı Ermənistan və İran arasında hərbi razılaşmanın zəruriliyi barədə danışıb

ER Parlamentinin deputatı, Müdafiə və təhlükəszillik məsələləri üzrə daimi komissiyanın üzvü Anna Qriqoryan İRNA-ya verdiyi  müsahibədə ümumi təhlükəsizlik məsələlərinin həlli üçün Erəministan və İran arasında hərbi səzişin zəruriliyini qeyd edib.

Aprelin 29-da dərc olunmuş müsahibədə ER Parlamentinin deputatı iki ölkə arasında münasibətlərin inkişafı üçün daxili gücün çox yüksək olduğuna inandığını bildirib. O, İranın Ermənistanın ərazi bütövlüyünün qorunması ilə bağlı çoxsaylı bəyanatlarını xüsusi vurğulayıb.

Qriqoryan qeyd edib ki, İranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən sərt bəyanatlarına baxmayaraq, hazırda iki ölkə arasında hansısa dəqiq hərbi razılaşma yoxdur.

Deputat İranın regional sərhədlərin qorunması ilə bağlı mövqeyinin dəyişməyəcəyinə inandığını bildirib, çünki bu məsələ onun üçün milli maraqlarına əsaslanan “qırmızı xətt”dir.

Daha çox göstər
Back to top button