BaşlıcaSiyasət

Hindistan 10 ildə müdafiə silahı ixracının 35 dəfə artdığını bildirib

Hindistan 2014-cü ildə Baş nazir Narendra Modinin hökuməti hakimiyyətə gəldikdən bəri silah və müdafiə ixracını 35 dəfə artırıb və bunu daha da artırmağı planlaşdırır.

Alınan məlumatına görə, bu haqda  Hindistanın Müdafiə naziri Racnat Sinq Əhmədabadda keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı deyib.

“2014-cü ildə biz 6 milyard rupi (72 milyon dollar) dəyərində müdafiə təyinatlı məhsullar ixrac etmişik, lakin indi bu rəqəm 210 milyard rupiyi (2,5 milyard dollardan çox) keçib və deyə bilərəm ki, bu,daha da  artacaqdır” – deyə Sinqhi NDTV telekanalına istinadənqeyd edib.

Nazir həmçinin bildirib ki, Hindistan Xalq Partiyasını təmsil edən Modi hökuməti ölkədə hindlilərin özlərinin istehsal etdiyi müdafiə məmulatlarınnın elə hindlilər tərəfindən  istehsal etdirməyə  çalışır.

“Bu gün biz müdafiə sənayesi istehsalında 1 trilyon rupiyaya (12 milyard ABŞ dolları) çatmışıq”- deyə o qeyd edib.

Hindistan 85 ölkəyə müdafiə məhsulları verir. Yeni Dehli artilleriya, BrahMos səsdən sürətli qanadlı raketləri, zenit raketləri və Pinaka buraxılış qurğuları, torpedalar, radarlar, təlim avadanlığı, zirehli maşınlar, helikopterlər və pilotsuz təyyarələr daxil olmaqla təyyarələr, döyüş gəmiləri və patrul katerləri, tanklar, electron sistemləri müharibə də daxil olmaqla geniş çeşiddə silahlar və digər özəl hazırlanmış silahlar təklif edir.

Daha çox göstər
Back to top button