BaşlıcaSiyasət

Macarıstan Aİ Sülh Fondundan Ermənistana dəstək verilməsini əngəlləyir

Macarıstan əvvəllər qurumda razılaşdırılan Avropa İttifaqı Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsini bloklayır. “Azatutyun”un diplomatik mənbələrinin verdiyi məlumata görə, Macarıstan dalandan çıxmaq üçün eyni mənbəyə görə müzakirə masasında olan proqrama Azərbaycanın da daxil edilməsini tələb edir.

Aprelin ortalarında “Azatutyun”a məlum olub ki, Brüsseldə Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq əldə olunub. Diplomatik sənədlərə görə, pul bir batalyon üçün modul tipli səhra düşərgəsi yaratmalı idi ki, bu düşərgəyə bir tibbi yardım klinikası, habelə müvafiq xidmətlər və imkanlar daxil edilməlidir.

“Bu dəstəyin məqsədi Ermənistan Silahlı Qüvvələrinə onların dayanıqlığını və sabitlik yaratmaq imkanlarını artırmaq və bununla da böhranlar və fövqəladə hallar zamanı mülki əhalinin daha yaxşı müdafiəsinə kömək etməkdir”, – sənəddə deyilir, Macarıstan bir neçə həftədir bunun qəbul edilməsinə mane olur.

Daha çox göstər
Back to top button