BaşlıcaSiyasət

Sərhədin yeni təsviri hüquqi qüvvəyə malik olan xəritə əsasında tərtib edilib: Torosyan

“Sərhədin yeni təsviri hüquqi qüvvəyə malik olan xəritə əsasında tərtib edilib”.

Bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Arsen Torosyan Azatutyuna müsahibəsində deyib və qeyd edib ki, hazırda Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının razılığı əsasında demarkasiya prosesi aparılır.

O bildirib ki, sənəddə sütunlar arasındakı sərhədin trayektoriyası da təsvir olunub.

“Bu, Almatı bəyannaməsinin dövlətlərarası müqaviləsidir. Hər iki dövlət bəyannaməni tanıdıqlarını elan ediblər. İndi biz yeni sərhəd çəkmirik. Bu, sadəcə olaraq iki dövlət arasında mövcud sərhədin möhkəmləndirilməsidir. Yəni hüquqi qüvvəyə malik olan xəritə əsasında sərhədin yeni təsviri tərtib edilir”, – Torosyan vurğulayıb.

Torosyan Tavuşdakı etirazların Blinkenlə Paşinyan arasındakı telefon danışığında müzakirə mövzusu olmadığını bildirib. Onun sözlərinə görə, Ermənistan bu cür məsələləri digər ölkələrin rəsmiləri ilə müzakirə nəticəsində həll etmək niyyətində deyil.

Azatutyunun “əgər Kirants körpüsü üzərində azərbaycanlı dayanacaqsa, bu məsələ necə həll olunacaq” sualına Arsen Torosyan belə cavab verib:

“Qonşularımızı mən seçməmişəm. Heç Kirants və ya Bağanis sakinləri də seçməyiblər ki, qonşuları azərbaycanlılar olsun. Bu mənada, bəli demarkasiyadan sonra o xəttin üstündə bir azərbaycanlı dayanacaq. Demarkasiya özlüyündə təhlükəsizlik qarantiyalarından biridir. Əgər dövlət sərhədi varsa, deməli təhlükəsizliyin təmas xəttindən daha yüksək səviyyəsi var. Təmas xətti olanda tərəflər bir-birlərini güdüb atəş açmağa məqam axtarırlar. Aydındır ki, dövlət sərhədi lap o tərəfdə azərbaycanlı sərhədçi dayansa da təhlükəsizliyin qarantiyasını gücləndirir”.

Torosyan vurğulayıb ki, tərəflər Almatı Bəyannaməsini imzalayıblar və dövlət sərhədi sovet Ermənistanı ilə sovet Azərbaycanı arasında mövcud olmuş inzibati sərhədi əvəz edəcək.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button