BaşlıcaSiyasət

ABŞ Konqresinin qanun layihəsi birbaşa İlham Əliyevin reputasiyasına zərbə vuracaq

Azərbaycanın yüksək rütbəli məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi tərəfdar toplamaqda davam edir.

Konqresmen Dina Titusun təşəbbüsünü dəstəkləyənlərin sayı Nümayəndələr Palatasının 21 üzvündən 27-yə yüksəlib. Bu barədə qanun layihəsinin rəsmi təqdim olunduğu xarici siyasət məsələləri üzrə komissiyanın aparatına yaxın mənbələrdən məlum olub.

Digər prosedurlar barədə hələ məlumat verilmir. Sanksiyalar siyahısına üç yeni adın daxil edilməsi ən səs-küylü hadisə sayıla bilər. Onların arasında, şübhəsiz ki, müdafiə nazirinin birinci müavini, Əliyev rejiminin baş qərargah rəisi Kərim Vəliyev ən önəmlidir.

Naxicevanda əlahiddə ümumqoşun ordusunun keçmiş komandanı Kərim Vəliyev İkinci Qarabağ müharibəsindən sonra baş qərargah rəisi vəzifəsinə təyin edilib. Vəliyev “türk üslubu” zabiti və böyük ehtimalla indiki müdafiə naziri Həsənovun davamçısı hesab olunur.

Onun adının “sanksiya siyahısı”na daxil edilməsi birbaşa İlham Əliyevin reputasiyasına zərbə deməkdir, çünki Vəliyev bütün xidmət illərində Bakı rejiminin baş komandanı tərəfindən xüsusi diqqət görüb.

Məlumatlı mənbələrin bildirdiyinə görə, Vəliyev ötən ilin Sentyabrında Dağlıq Qarabağda keçirilmiş bir günlük terror müharibəsi zamanı mülki erməni əhalisinə qarşı hərbi cinayətlər törətməkdə də ittiham olunur.

Daha çox göstər
Back to top button