BaşlıcaSiyasət

Ararat Mirzoyan: “Biz hələ də KTMT-nin üzvüyük, lakin fəaliyyət göstərməyən mexanizmin bir hissəsi olmaq istəmirik”

ER-nın  Xarici işlər naziri Ararat Mirzoyan vurğulayıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mexanizmləri işləməlidir, Ermənistan işləməyən mexanizmin bir hissəsi olmaq istəmir. Alınan məlumata görə, bu barədə Mirzoyan “Əl-Cəzirə” telekanalına verdiyi müsahibəsində bildirib.

“Bilirsiniz ki, son bir neçə ildə Ermənistan Respublikasının suveren ərazisinə bir neçə dəfə müdaxilə edilib və biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüyük, onun missiyası üzv dövlətlərin suveren ərazilərini və sərhədlərini qorumaqdır. .

Beləliklə, haçan ki, həmin hücumlar baş verdi mənsub olduğumuz təşkilatdan lazımi addımı görmədik. Və onu da xatırlamalıyıq ki, KTMT hərbi-siyasi ittifaqdır və dediyim kimi, üzv ölkələrin sərhədlərinin mühafizəsini nəzərdə tutur.

Düzgün cavabların olmaması erməni ictimaiyyətində suallar yaradıb və biz qeyri-funksional mexanizmin bir hissəsi olmaq istəmirik. Biz hələ də KTMT-nin üzvüyük, amma çalışmalıyıq ki, müəyyən edilmiş bütün mexanizmlər işləsin və buna ehtiyac var” – deyə Ararat Mirzoyan bildirib.

Daha çox göstər
Back to top button