BaşlıcaİctimaiyyətSiyasət

MN tibb taboru  Macarıstanda keçirilən “Cəsur döyüşçü-2024” çoxmillətli hərbi təlimdə iştirak edir

2024-cü il Aprelin 30-dan Ermənistanın Müdafiə nazirliyinin hərbi tibbi təminat şöhbəsinin tibb taboru (mobil səhra hospitalı) Macarıstan Respublikasının Varpaluta regionunda yerləşən Bakonikut hərbi poliqonunda NATO-nun hərbi tibbi mükəmməllik mərkəzinin (NATO Centre of Excellence for Military Medicine)  təşkil edilmiş “Cəsur döyüşçü-2024” (Vigorous Warrior 2024)  çoxmillətli hərbi təlimində iştirak etmək məqsədilə dislokasiya olunub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ən böyük beynəlxalq hərbi tibb tədbirində 32 ölkənin silahlı qüvvələrinin hərbi tibb bölmələri və 7 mülki təşkilat iştirak edir. Tədbir Mayın 10-dək davam edəcək.

ER Silahlı qüvvələrinin tibb bölməsi bu tədbirdə Rol 2 səhra xəstəxanası (Role 2 MTF) kimi iştirak edir. Təlimlər zamanı NATO standartları üzrə mobil hərbi tibb hissəsinin tibbi qiymətləndirilməsinin növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.

Daha çox göstər
Back to top button