BaşlıcaSiyasət

Vaşinqton Əliyevin sövdələşmə şərtlərinə gedəcəkmi?

Azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun sözlərinə görə, Qubad İbadoğlunun işi üzrə məhkəmə qərarından sonra o, ev dustaqlığına buraxılan zaman İlham Əliyevin ABŞ Dövlət Departamentinin “sanksiya qətnaməsi” layihəsi ilə bağlı açıqlama verəcəyinə  və ya ən azı dövlət təhlükəsizliyi xidmətinin direktoru Nağıyevin, müdafiə nazirinin müavini Mirzəyevin və xüsusi təyinatlıların ayrıca briqadasının komandiri Salayevin adları “sanksiya siyahısı”ndan çıxarılacağına dair müəyyən gözləntiləri olub.

Bu baş verməyib. Əksinə, dövlət katibi Blinken telefon danışığı zamanı digər məhbusların dərhəl azad edilməsi və İbadoğlunun tam bəraət almasını tələb edib. Hüquq müdafiəçisinin fikirincə, Əliyevin fərqli düşünən hər kəsə qarşı repressiyaları gücləndirməkdən başqa yolu qalmayıb.

Hüquq müdafiəçisi güman edir ki, kütləvi repressiyalar hələ qarşıdadır. Beləliklə, Əliyev   “Qərbdən ümumazərbaycanlıların narazılığını” təhrik etmək niyyətindədir ki, ictimaiyyət ikinci Qarabağ müharibəsinin “qəhrəmanlarının hüquqlarını” müdafiə etsin. O zaman, əgər Qərb “Əliyevin tələblərini qəbul etsə və regionda yeni reallıqları tanısa, Əliyev bütün azərbaycanlı-siyasi məhbusları əfv edəcək, hazırda isə onlar Azərbaycan hakimiyyəti və Qərb arasında alver alətinə çevriblər”-deyə Rüfət Səfərov MeydanTV-yə müsahibəsində yekunlaşdırıb.

Deməli, problemin mahiyyəti bir şeydir: ABŞ Konqresi generallar Nağıyev və Mirzəyevi, polkovnik Salayevi hərbi cinayətkar kimi tanıyacaq, yoxsa Bayden administrasiyası Əliyevin sövdələşmə şərtlərinə gedəcək?

Daha çox göstər
Back to top button