BaşlıcaSiyasət

ABŞ Ermənistanın yanındadır: Maykl Karpenter

ER Parlamentinin deputatları Hayk Konjoryan, Sarqis Xandanyan, Arman Yeqoyan, Tsovinar Vardanyan, Arsen Torosyan və ER-in ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Lilit Makunts Vaşinqtonda ABŞ prezidenti Co Baydenin xüsusi Məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter ilə görüşüb.  

Karpenter ABŞ-nin Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha təsdiqləyib və Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında demarkasiya prosesini alqışlayıb.

Erməni deputatlar aprelin 5-də Brüsseldə keçirilən ER-ABŞ-Aİ yüksək səviyyəli görüşünü xüsusi qeyd ediblər. Görüş zamanı “Sülh kəsişməsi” layihəsi müzakirə edilib.

Karpenter qeyd edib ki, ABŞ Ermənistanın yanındadır.

Daha çox göstər
Back to top button