BaşlıcaSiyasət

Azərbaycan 2024-cü il Media Azadlığı İndeksində ən aşağı pillələrdə qərarlaşıb

“Sərhədsiz Reportyorlar”ın illik media azadlığı reytinqinə əsasən, rekord sayda ölkədə vəziyyət xeyli pisləşib.

180 ölkə arasında Ermənistan göstəricisini 6 pillə yaxşılaşdıraraq 43-cü yerə yüksəlib. Azərbaycan isə 164-cü yerdə qərarlaşıb. Ötən illə müqayisədə ölkə 13 pillə geriləyib.

Qeyd edilir ki, “Prezident İlham Əliyev plüralizmin hər hansı görünüşünü artıq məhv etsə də, 2014-cü ildən bəri qalan bütün tənqidçilərə qarşı amansız müharibə aparıb”.

“Şərqi Avropa və Mərkəzi Asiyada, xüsusən də Belarusda (167), Gürcüstanda (103), Qırğızıstanda (120), Azərbaycanda (164) Rusiyanın repressiv üsullarının effektiv yamsılaması ilə media senzurası güclənib”, – hesabatda bildirilir.

“Sərhədsiz Reportyorlar”ın müşahidələrinə görə, bütün dünyada media azadlığı ilə bağlı durum sürətlə pisləşməkdə davam edir. Jurnalistlərə qarşı hücumların, iş şəraitinin “fəlakətli” kimi dəyərləndirildiyi ölkələrin sayı artmaqdadır.

Hesablamalara görə, ötən il 36 ölkə müstəqil jurnalistikanın əməli cəhətdən qeyri-mümkün olduğu ölkələr kateqoriyasına düşüb. Bu, son 10 ilin rekordu sayılır.

Daha çox göstər
Back to top button