BaşlıcaİctimaiyyətSiyasət

DQ-dan məcburi köçürülmüş şəxslərə onların statusuna görə yox, zəifliklərinə görə dəstək verilməlidir: Nana Skau

ER Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryan BMT-nin Ümumdünya ərzaq layihəsinin (ÜƏL) Ermənistandakı nümayəndəsi Nana Skaunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ərazi idarəetmə və infrastruktur nazirliyindən NEWS.am-a məlumat veriblər ki, nazir müavini qonaqları salamlayaraq ER höküməti və BMT-nin Ümumdünya ərzaq layihəsi arasında olan uzun illər səmərəli əməkdaşlığından danışıb.

ÜƏL-in Ermənistan nümayəndəsi qəbula görə təşəkkür edib, həyata keçirilən layihələr, mövcud problemlərdən danışıb və Ermənistanda fəaliyyətlərin davam etdiriləcəyi təqdirdə digər layihələrdə də əməkdaşlıq etmək imkanının olduğunu qeyd edib.

Vaçe Terteryan məktəb tikintisi ilə bağlı proqramlardan danışıb və “Məktəb yeməkləri” proqramının davamlılığını və inkişafının vacibliyini qeyd edib.

Nazir müavini su anbarı tikintisi, suvarma sistemi, müxtəlif icma məsələləri, eləcə də Dağlıq Qarabağdan məcburi köçkün düşmüş soydaşlarımızın problemləri haqqında da danışıb.

Nana Skaun məcburi köçürülmüş şəxslər barədə danışarkan sosial inteqrasiyaya maneələrin təhlili və ərzaq təhlükəsizliyinin qiymətləndirilməsini həyata keçirdiklərini qeyd edib. Həmin təhlil və qiymətləndirməni yekunlaşdıraraq, statusa əsaslanan dəstəkdən zəifliyə əsaslanan dəstəyə keçidin olması qənaətinə gəlindi.

Görüş ərzində iki tərəfli maraq doğuran digər məsələlər də müzakirə olunub.

Daha çox göstər
Back to top button