BaşlıcaSiyasət

Əliyevlər klanı da sanksiyalara məruz qalacaq?

 “Turan” agentliyinin Vaşinqtondakı müxbiri bildirir ki, ABŞ Maliyyə nazirliyi Rusiyaya hərbi texnikanın tədarükü üçün Çin, Belçika, Slovakiya, BƏƏ və Azərbaycandan olan bir sıra şirkətlərə qarşı saksiyalar tətbiq edib.

Xüsusilə, iki Azərbaycan şirkəti Amerika sanksiyalarına məruz qalıb ki, onların de-yure təsisçisi Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli hesab edilən Yevgeni Əliyevdir.

ABŞ Maliyyə nazirliyi müəyyən edib ki, şirkətlərdən biri BƏƏ-də yerləşir, onun icraçı direktoru Yevgeni Əliyevin oğlu Cahangir Əliyevdir. Eyni soyadlı şəxs Bakı rejimi başçısının qohumu olub-olmadığı bilinmir, lakin belə incə sövdələşmələrdə hakimiyyətin təsadüfi adamlarla iş görməsi çətin idi.

Əliyevlər klanı həm Azərbaycanda, həm də xaricdə geniş biznes şəbəkəsinə malikdir. “Xaç atası” Heydər Əliyev bir vaxtlar bununla şəxsən məşğul olmuşdu ki, onun hakimiyyəti oğluna vermək planı ilə hamı razılaşsın. Bu zəmində hətta İlham Əliyevlə Heydər Əliyevin qardaşı, Paşayevlər klanının qatı əleyhdarı akademik Cəlal Əliyev arasında qalmaqal yaranıb. Düzdür, Cəlal Əliyev Mehriban Əliyevadan əziyyət çəkib: qoca akademik ömrünün son günlərini öz bağ evində ev dustaqlığında keçirib. Lakin o, Heydər xəzinəsindən ona düşən “qanuni haqqı” müdafiə edirdi.

Daha çox göstər
Back to top button