
Ermənistan və Ukraynanın Xarici işlər nazirləri siyasi məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər. Bu haqda Ukraynanın Xarici işlər naziri Dimitri Kuleba özünün X mikrobloqunda yazıb.
“Ukrayna və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinin inkişaf dinamikasını müzakirə etmək üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışdım.
Mən Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası haqqında sazişi alqışladım. Biz Xarici işlər nazirlikləri arasında qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə siyasi məsləhətləşmələr aparmağa razılaşdıq” – deyərək Kuleba bildirib.







