İkili standartlar: ən böyük iqlim konfransı neft ölkəsində – VİDEO

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu il Azərbaycanda keçiriləcək. Daha doğrusu, dünyanın ən böyük iqlim konfransı iqtisadiyyatı əsasən neft və qazdan asılı olan və ekoloji aksiyaları ən qəddar şəkildə dağıtmaqda məşhur olan bir ölkədə keçiriləcək. Buna əlavə olaraq, Azərbaycan hökuməti 20 ildən artıq dövlət neft-qaz şirkəti SOCAR-da çalışmış Muxtar Babayevi COP29-un prezidenti təyin edib.
Qlobal istiləşməyə qarşı mübarizə aparan, qalıq yanacaqlardan imtina etməyə çalışan ölkələr konfransın Azərbaycanda keçirilməsinə razılıq veriblər. Bu qərar bir çox ekoloqlar tərəfindən qətiyyən qəbul edilmədi. Bəziləri forumun Bakıda keçirilməsi qərarını qəbuledilməz hesab edir və bunun Azərbaycanın “kürü diplomatiyası”nın növbəti təzahürü olduğunu deyirlər.
Daim ikili standartlardan şikayətlənən, özünü qurban kimi təqdim edən Bakı rejimi üçün fürsət qapıları möcüzəli rəhbərin müdrik siyasəti ilə deyil, neft və qazdan əldə edilən böyük gəlirlər və “kürü diplomatiyası” hesabına açılır.
Cəmi bir neçə ay əvvəl Azərbaycan hakimiyyəti tərəfindən Dağlıq Qarabağ ermənilərinin öz torpaqlarından zorla deportasiyası, ölkədə jurnalistlərə qarşı repressiyalar çox aydın faktlardır və ölkə hakimiyyətinin əsl simasını göstərir.
Adətən konfransın keçirildiyi yerə ekoloji fəallar da gəlir və ekoloji aksiyalar təşkil edirlər. Ekofəalların öz təhlükəsizlikləri üçün Azərbaycanın Saatlı rayonunda və Söyüdlü kəndində keçirilən ekoloji aksiyalardan nümunə götürərək Azərbaycan polisinin dinc nümayişçilərə adətən hansı “isti” münasibət göstərdiyini əvvəlcədən öyrənmələri məqsədəuyğundur.
İndiki vəziyyətdə Bakının dünyanı təcili iqlim tədbirləri ətrafında birləşdirə biləcəyini təsəvvür etmək çətindir. İqtisadiyyatı mədən yanacaqları üzərində qurmağa davam edərkən başqalarını yüksək hədəflərə necə ruhlandıra bilərsən? Fərqli fikirlərə sahib olanları vəhşicəsinə təyziq edərkən, müxtəlif oyunçuları kompromis ruhunda necə bir araya gətirə bilərsən?







