BaşlıcaSiyasət

ER  Xİ naziri Ararat Mirzoyan Macarıstana rəsmi səfər edəcək

ER Xarici işlər naziri Ararat Mirzoyan mayın 6-da Macarıstana rəsmi səfər edəcək.

ER Xarici işlər nazirliyindən  verilən məlumata görə, nazir Mirzoyan Macarıstanın yüksək vəzifəli rəsmiləri, o cümlədən Xarici işlər naziri Peter Siarto ilə görüşlər keçirəcək.

Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.

Ermənistan və Macarıstan arasında diplomatik əlaqələr 1992-ci il  fevralın 26-da qurulub.

2012 il avqustun 31-də Dövlət Şurasının qərarı ilə Ermənistanla Macarıstan arasında diplomatik əlaqələr kəsilib.

2022-ci il dekabrın 1-də ATƏT Nazirlər Forumu çərçivəsində Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Sixarto arasında görüş keçirilib və görüş zamanı tam diplomatik münasibətlərin bərpası barədə razılıq əldə olunub.

2023-cü il mayın 15-də Macarıstanın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Anna Mariya Şiko (iqamətgah: Tbilisi) etimadnaməsini Ermənistan prezidenti Vaaqn Xaçaturyana təqdim edib.

2023-cü il iyunun 13-də ER-nın Macarıstandakı səfiri Aşot Smbatyan (iqamətgahı: Tbilisi) etimadnaməsini Macarıstan Prezidenti Katalin Novaka təqdim edib.

Daha çox göstər
Back to top button