BaşlıcaSiyasət

Erməni Hüquq mərkəzi 40-dan çox Azərbaycan məmuruna qarşı “Maqnitski qlobal sanksiyaları”nın tətbiqi ilə bağlı rəsmi müraciət təqdim edib

Hay Dat sistemində fəaliyyət göstərən “Ədalət və insan hüquqları üzrə erməni hüquq mərkəzi” (ALC) ABŞ Dövlət katibliyi və Maliyyə nazirliyinə 40-dan çox yüksək vəzifəli azərbaycanlı məmura qarşı “Maqnitski qlobal saknksiyaları”nın tətbiqi üçün müraciət təqdim edib.

Hay Dat mərkəzi idarəsinin yaydığı məlumatda bildirilir ki, 7 ərizə Yerevanda fəaliyyət göstərən “Beynəlxalq və müqayisəli hüquq mərkəzi” ilə birgə iş nəticəsində, eləcə də bir sıra beynəlxalq təşkilatların, o cümlədən Lemkin adına Soyqırımın qarşısının alınması institutunun iştirakı ilə təqdim edilib.

“Bu müraciətlər Artsax müharibəsi zamanı hərbi cinayətlərə və insan hüquqlarının pozulmasına birbaşa reaksiyadır, bunun kulminasiya nöqtəsi Artsaxın etnik təmizlənməsi və etnik xalqın məcburi köçkün olmasıdır” – deyə  məlumatda qeyd olunub.

Erməni hüquq mərkəzinin sədri Ken Xaçikyan bu işlərin təqdimatına toxunaraq qeyd edib ki, “Erməni hüquq mərkəzi hərbi cinayətlərə və insan hüquqlarının pozulmasına görə ədalətin həyata keçirilməsinə sadiqdir. “Maqnitski qlobal aktı” çərçivəsində Azərbaycan məmurlarına qarşı sanksiyalara başlamaqla biz günahkarları öz əməllərinə görə məsuliyyətə cəlb etməyi və ədalətin bərqərar olmasını hədəfləyirik”.

Erməni hüquq mərkəzi ABŞ hökumətini ciddi insan hüquqları pozuntularına, o cümlədən hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı qətiyyətli addımlar atmağa çağırır. Mərkəz vurğulamışdır ki, Dağlıq Qarabağ ermənilərinə, Ermənistana və bütün ermənilərə qarşı  törədilmiş vəhşiliklərə ədalətin bərqərar olması və gələcək vəhşiliklərin qarşısının alınması üçün sürətli və qəti reaksiya tələb olunur.

Amerika qanunvericiliyində nəzərdə tutulmuş “Maqnitski qlobal sanksiyaları”nın tətbiqi prosedurlarının mürəkkəb xarakterini və müvafiq hüquqi və siyasi proseslərin təmin edilməsi imperativini nəzərə alaraq, son aylar ərzində Hay Datın Amerika Komitəsi Konqresin ABŞ Dövlət Departamentinə təzyiqini təmin etmək məqsədi daşıyan tədbirlər həyata keçirib, bu tədbirlər Amerika erməni icmasının cəlb edilməsi və konqresmenlərlə ictimai işi ilə birləşdirilib.

Bu işin ilk nəticəsi artıq keçən həftə, Dina Titus və Qus Bilirakisin başçılıq etdiyi 20-yə yaxın deputatdan ibarət ikipartiyalı qrup Konqressin Nümayəndələr palatasına eyni Azərbaycan məmurlarına qarşı məqsədyönlü sanksiyaların tətbiqi ilə bağlı qətnamə layihəsi təqdim edəndə məlum olub.

Təklif olunan qanun layihəsi Bayden administrasiyasını Azərbaycanla münasibətləri hərtərəfli nəzərdən keçirməyi,  qanun layihəsinin qüvvəyə mindiyi tarixdən sonra 180 gün ərzində qanun layihəsində sadalanan Azərbaycan rəsmilərinin ABŞ-ın mövcud qanunlarına, o cümlədən “Maqnitski qlobal sanksiyaların aktına” və digər əlaqəli qeydiyyatlara əsasən sanksiya meyarlarına uyğun olub-olmadığını müəyyən etməyi məcbur edir.

Qanun layihəsində adı çəkilən 40-dan çox Azərbaycan məmurunun siyahısı Erməni Hüquq mərkəzi tərəfindən Beynəlxalq və müqayisəli hüquq mərkəzinin tərəfdaşları ilə birgə tərtib edilib ki,onlar həmin şəxslərin beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasında iştirak etməsi yoxlanılıb.

2016-cı ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş “Maqnitski qlobal sanksiyaların aktı” ABŞ hökümətinə irimiqyaslı korrupsiya yoxsa insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan xarici dövlət rəsmiləri və şəxslərə qarşı viza qadağası tətbiq etmək və aktivlərini dondurmaq səlahiyyəti verir.

Vaşingtonda yerləşən Erməni hüquq mərkəzi qeyri-kommersiya, qeyri hökümət təşkilatıdır ki, onun missiyası Erməni Soyqırımı və onun nəticələrindən irəli gələn insan hüquqları p pozuntularına ədalət gətirmək, erməni dövlətçiliyinin təhlükəsizliyini təşviq etməkdən ibarətdir.

Daha çox göstər
Back to top button