BaşlıcaEkonomika

Maliyyə naziri və AİB sədri Ermənistanla cari əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər

Mayın 2-də Gürcüstanın paytaxtı Tbilisidə Asiya inkişaf bankının(AİB) 57-ci illik gürüşü başlayıb.

Mayın 5-dək davam edilmiş görüş “Gələcəyə körpü” adlanır və Asiya və Sakit Okean regionunun inkişafının əsas məsələlərini və çağırışlarını müzakirə etmək məqsədi daşıyır.

İllik iclasda AİB-in üzvü olan 68 ölkənin maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli hökumət rəsmiləri və digər nümayəndələr iştirak edir.

Asiya inkişaf bankının növbəti illik görüşündə ER Maliyyə naziri Vahe Hovhannisyan və nazir müavini Eduard Hakobyan da iştirak edirlər.

Səfər çərçivəsində ER nümayəndə heyəti AİB-in yüksək vəzifəli rəsmiləri, eləcə də digər maliyyə institutları və tərəfdaş ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirib.

Mayın 3-də nazirin başçılıq etdiyi nümayəndə heyəti AİB-in sədri Masatsuqu Asakava ilə görüşüb. Tərəflər Ermənistanla cari əməkdaşlığa dair məsələləri müzakirə edib, həmçinin gələcək birgə perspektiv layihələrə toxunublar.

Daha çox göstər
Back to top button