BaşlıcaSiyasət

Qazaxıstanın Rusiyadakı səfiri: “Qazaxıstan Moskva və Kiyevə, eləcə də Yerevan və Bakıya platforma verməyə hazırdır”

Qazaxıstan Ukraynada münaqişənin həllinin müzakirəsi üçün şərait yaratmağa və müvafiq təmaslar üçün platforma təqdim etməyə hazırdır.

Bu haqda Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev TASS agentliyinə müsahibəsində bildirib.

“Əlbəttə, Qazaxıstan sülhlə bağlı bütün proseslərə kömək etməyə daima hazırdır. Bu, təkcə Rusiya və Ukraynaya deyil, həm də Ermənistan və Azərbaycana, Suriya probleminə, İran probleminə aiddir” – deyə diplomat Qazaxıstanın Ukraynadakı münaqişənin həllində vasitəçi olmağa hazır olub-olmadığı sualına cavab verib.

Abayev qeyd edib ki, Ukraynada münaqişənin həlli üçün çoxlu təşəbbüslər var. “Təbii ki, bu proseslərdə Rusiyanın fikri həmişə nəzərə alınmalıdır.

Təbii ki, biz vasitəçi olmağa yox, platforma təqdim etməyə, şərait yaratmağa hazırıq” – deyə o, əlavə edib.

Daha çox göstər
Back to top button