BaşlıcaSiyasət

Deputat: “Deyirlər ki, Ermənistan vector dəyişir, halbuki  Rusiya artıq öz vektorunu Azərbaycana doğru  dəyişir”

Ermənistanda təhlükəni əsasən özləri əks edir. Bu nümayişlər Ermənistanın süqutu üçünetdilər, amma Ermənistan məhv olmayacaq, nə də onlar hakimiyyətdə olmayacaqlar.

Bu haqda jurnalistə müsahibəsində parlamentin “KP” fraksiyasının deputatı Qaqik Melkonyan qeyd edib.

Baqrat Srbazan olduqca  sərt və çətin bir  yol seçib.Baxın ki, o məhz  xalq tərəfindən  başqa  ləqəblər  qazanmasın. Məsələn: deməsinlər ki, özü  xəyanətkardır, yəni həmin möhürü yapışdırmasınlar. Onlar ölkəni  uçuruma, rusiyalaşmağa  aparırlar.

Baxaq görək Qərb bizə nə təklif edib, Rusiya əsrlər boyu nə təklif edib. Rusiyanın boyunduruğu altında olanda nə qədər ərazimiz olub, nə qədər ərazimizi itirmişik?

Görün Leninə qədər nə qədər ərazilər Türkiyəyə hədiyyə edilib. Lenin gəlib Ermənistanın yarısını Türkiyəyə hədiyyə verdi. İndi 2020-ci ildə müharibə başladı, biz Artsaxı itirdik.

Bizim müttəfiqimiz Rusiya idi. İran İsraili bombalayarkən  İsrailin müttəfiqləri olan ABŞ və İngiltərə İsrail ərazisinə bir mərmi də düşməsinə imkan vermədilər. Bu əsl müttəfiqdir.

Rusiya isə Artsaxı verdi, indidə Zəngəzuru istəyir, bütün Ermənistanı istəyir. Bizim müttəfiqimiz  olmayıb, düşmənimizin mənafeyini qoruyan müttəfiqimiz olub.

2020-ci ildən isə vektorunu Azərbaycana doğru  dəyişdi. İndi deyirlər ki, Ermənistan vektor dəyişir, Rusiya isə artıq vektorunu dəyişib. Rusiyanın Azərbaycanla hərbi ittifaqı var, o, 5-6 milyard dollar dəyərində silah satıb”- deyə  o, bəyan edib.

Rusiya ilə iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil, siyasi olaraq Qərbə getdiyimizi bəyan etmək müşahidəsinə cavab olaraq “KP” deputatı Rusiyanın müttəfiqi olan, eyni zamanda dostluq edən Azərbaycanı misal çəkdi.

“Azərbaycana olar bizə olmazmı?

Biz də Rusiya ilə, Qazaxıstanla, Ukrayna ilə, Avropa ilə dostluq etmək istəyirik. Biz ölkəmizin təhlükəsizliyini təmin etmək, xalqımızı təhlükəsiz etmək, ordumuzu gücləndirmək üçün var qüvvəmizi sərf edirik.

Ona görə ki, heç bir dövlət üzərinə ümidimizi qoymayaq, güvənməyək. Sonra da deməyək ki, Rusiya  bizi “atdı”. Ordumuz olsun ki, nə Rusiya, nəAmerikanın, nə də İranın üzərinə münnət gələk.

Bizə  müasir silahlar lazımdır Biz gərək  satanlardan alaq.Qoy heç kimin   əskəri Ermənistan torpağına   girməsin Biz öz hərbiçilərimiz ilə ölkəmizi   müdafiə edə bilərik, lakin bizə müasir silahlar lazımdır”.

Daha çox göstər
Back to top button