Başlıcaİctimaiyyət

ER ABŞ-dakı səfirliyi ilk dəfə olaraq ziyarətçilər üçün öz qapılarını açıb

ER-ın ABŞ-dakı səfirliyindən məlumat veriblər ki, Mayın 4-də Ermənistan Respublikasının ABŞ-dakı səfirliyi EVENTS DC — PASSPORT DC-nin “Dünya ətrafında, səfirlikləri ziyarət etmək” layihəsinə qoşularaq ilk dəfə olaraq öz qapılarını ziyarətçilər üçün açıb.

Onları erməni tarixi-mədəni irsi ilə tanış etmək məqsədilə səfirlikdə erməni rəssamlarının əsərlərindən, milli erməni geyimlərindən(taraz) ibarət sərgi, içkilərin və ənənəvi qətənin dequstasiyası təşkil edilib.

Gün ərzində 8200 ziyarətçi həmçinin dünya şöhrətli ermənilərin həyat və fəaliyyəti, kanon çalan Lilia və Aleksandra Yaraleanların ifasında Komitasın əsərləri ilə tanış olmaq imkanı qazanıb.

Səfir və səfirliyin diplomatları tamaşaçılara erməni adət-ənənələri haqqında ətraflı məlumat verib, eləcə də zəngin mədəni irsi və tarixini təqdim ediblər.

Daha çox göstər
Back to top button