BaşlıcaSiyasət

Ermənistan və AB arasında vizaların liberallaşdırılması üzrə dialoqa başlamağa hazırlaşırıq: Macarıstanın Xİ naziri

Avropa birliyində Ermənistanla tərəfdaşlıq gündəmini hazırlanır.

Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

“Biz Avropa Birliyinə sədrliyimizin ərəfəsində hazırlıq tədbiri olaraq Ermənistanla AB arasında münasibətləri inkişaf etdirmək üçün addımlar ata bilmişik. Biz Avropa Birliyi və Ermənistan arasında tərəfdaşlıq gündəliyini hazırlamağı planlaşdırırıq. Bundan əlavə, biz iki tərəf arasında liberallaşma dialoquna başlamğa hazırlaşırıq” – deyə nazir bildirib.

Siyarto bu iki prosesin uğurlu və səmərəli olacağına ümid etdiyini bildirib.

Macarıstan 2024-cü il İyulun 1-dən AB-nə sədrlik edəcək.

Daha çox göstər
Back to top button