BaşlıcaSiyasət

Putin rəsmən altı il müddətinə Rusiya prezidenti postunu tutub

Vladimir Putin yeni altı illik müddətə Rusiya prezidenti vəzifəsinin icrasına rəsmən başlayıb. Bu barədə Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin bildirib. 

Putin xalqa and içib. Zorkin Putinə prezidentlik hakimiyyətinin rəmzlərini, o cümlədən prezident döş nişanı olan Rusiya Federasiyasının gerbinin təsviri və qızıl zəncir üzərində “Mənfəət, şərəf və şöhrət” devizi yazılmış Müqəddəs Georgi qızıl xaçı təhvil verib.

Bu, Putinin  dövlət başçısı kimi beşinci  müddətidir. Onun ilk iki müddəti dörd il davam edib. Rusiya Konstitusiyasında dəyişikliklər edildikdən sonra dövlət başçısının mandatı 6 ilə qədər uzadılıb. Putin öz ilk altı illik prezidentlik müddətini 2012-ci ildə, ikinci dəfə isə 2018-ci ildə icra edib.

2020-ci ildə Əsas Qanuna edilən dəyişikliklər ona 2024-cü ildəki seçkilərdə iştirak etmək imkanı verib və o, bu seçkilərdə rekord 87,28% səslə qalib gəlib.

Putinin hazırkı səlahiyyət müddəti 2030-cu il mayın 7-də başa çatacaq.

Daha çox göstər
Back to top button