BaşlıcaSiyasət

Qazax Qərbi Azərbaycandır, dirəyin bu tərəfində isə Ermənistan Respublikasıdır: Paşinyan

Bu günlərdə Tavuş bölgəsində sərhəd delimitasiyası nəticəsində quraşdırılan dirəklər Azərbaycan tərəfdən gələn təhlükələri aradan qaldırmaq məqsədi daşıyır. “Armenpress”in məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də təşkil etdiyi mətbuat konfransında deyib.

Son zamanlar Azərbaycanın müxtəlif dairələrinin Ermənistan üçün işlətdiyi “Qərbi Azərbaycan” ifadəsinə toxunan Paşinyan qeyd edib ki, bu, Ermənistanın təhlükəsizliyinə təhdiddir.

“Biz bu təhlükəni delimitasiya ilə idarə etməyə çalışırıq.

Voskepar və ya Kirants hissəsində quraşdırılan dirəklər Qərbi Azərbaycanın mövcud olmaması haqqındadır. Dirəkdən kənarda olan Azərbaycan var. Qazax Qərbi Azərbaycandır, dirəyin bu tərəfi isə Ermənistan Respublikasıdır”, – baş nazir bildirib.

O xatırladıb ki, dirəklərin quraşdırılması prosesi Azərbaycan tərəfi ilə birgə qərarla həyata keçirilir.

Daha çox göstər
Back to top button