BaşlıcaSiyasət

Türkiyə və Azərbaycanla düşmənçiliyi idarə etməli, azaltmalı və sıfıra endirməliyik: Paşinyan

ER Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında Ermənistanın regiondakı siyasətindən danışıb.

“Bizim prioritetlər belədir: Gürcüstan və İranla mehriban qonşuluğu dərinləşdirmək və inkişaf etdirmək, Türkiyə və Azərbaycanla düşmənçiliyi idarə etmək, azaltmaq, aradan qaldırmaq, regional nəqliyyat inteqrasiyası, iqtisadi əlaqələrin qurulması, dərinləşdirilməsi və inkişafı.

Düşmənçiliyi idarə etmək o deməkdir ki, elə etmək lazımdır ki, bu düşmənçilik nəzarət edilməz hala gəlməsin, sonra onu azaltmaq və sıfıra endirmək lazımdır”,- Paşinyan deyib.

Bu baxımdan Nikol Paşinyan “Sülh kəsişməsi” layihəsinə xüsusi önəm verib: “Kommunikasiyalar iqtisadi fayda gətirəndə düşmənçilik aradan qaldırılacaq və o zaman bu, siyasi cəhətdən həyata keçirilən bir vəzifə olacaq”, – o qeyd edib.

Baş nazirin sözlərinə görə, Erməniqtan hökuməti xarici əlaqələrin şaxələndirilməsi, orduda islahatların aparılması, hərtərəfli təhlükəsizlik və müdafiə sisteminin tətbiqni nəzərdə tutur.

“Yalnız sülh Ermənistanın təhlükəsizliyinə təminat verə bilər. Biz sülh gündəliyini ölkənin təhlükəsizliyinin təmin edilməsi vasitəsi kimi qəbul etmişik və onu təhlükəsizlik təminatı sistemi kimi həyata keçiririk.”, – deyə hökumətinin başçısı vurğulayıb.

Daha çox göstər
Back to top button