BaşlıcaSiyasət

Azərbaycan-Rusiya bal ayı nə qədər davam edəcək?

Bakıda rəsmi səviyyədə SSRİ tarixinin ən əzəmətli infrastruktur və kommunikasiya layihəsi olan Baykal-Amur magistral xəttinin tikintisinə başlanmasının 50 illiyinin geniş qeyd edilməsinə başlanılıb.

Aprelin 22-də RF prezidenti Vladimir Putin BAM-ın veteran-inşaatçıları ilə görüş təşkil edib, burada Bakı rejiminin başçısı İlham Əliyev də dəvət olunub. Heydər Əliyevə “layihənin böyük kuratoru” kimi təriflər söylənilib.

Baxmayaraq ki, BAM-ın tikintisi 1974-cü ildə Heydər Əliyev Azərbaycan KP MK-nin 1-ci katibi vəzifəsində çalışarkən başlansa da, 2003-cü ildə başa çatdırılıb ki, o zaman Heydər Əliyev artıq dünyasını dəyişib. Amma görünür, böyük siyasətdə tarixi həqiqət sonuncu yeri tutur.

Vladimir Putin BAM-ın Heydər Əliyevin “titanik səyləri” sayəsində tikildiyini dediyi üçün Bakı səxavətli hədiyyəni qəbul etməkdən başqa nə edə bilər. Amma bir düzəlişlə: belə çıxır ki, Ülkan stansiyasının tikintisi zamanı Heydər Əliyev şəxsən göstəriş verib ki, “sırf Azərbaycan ornamentlərindən istifadə etməklə, struktura Azərbaycan koloriti verən” yalnız Azərbaycan tikinti materiallarından istifadə olunsun.

Azərbaycan-Rusiya bal ayı məhz bu “ornamentlər” üzərində qurulmurmu? Bəs nə qədər davam edəcək? Və ümumiyyətlə davam edəcəkmi?

Daha çox göstər
Back to top button